Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək

16:26 - 04 / 10 / 2024
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək

Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, bu, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar. Daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği nəzərə alınmaqla 6000 manat müəyyən edilməsi təklif olunur.

Paylaş:
294

Son xəbərlər

Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldıBu gün, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdiBu gün, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıbBu gün, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTOBu gün, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”Bu gün, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlibBu gün, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilibBu gün, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİKBu gün, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilibBu gün, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilirBu gün, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilibBu gün, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçiribBu gün, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı veribBu gün, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?Bu gün, 13:16Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdırBu gün, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlibBu gün, 12:28Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edibBu gün, 11:54İlham Əliyev Kamboca Kralını təbrik edibBu gün, 11:23Kamaləddin Qafarov: “Dövlət Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır”Bu gün, 11:21
Bütün xəbərlər