Qaradağda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib

Qafar Ağayev16:42 - 04 / 10 / 2024
Qaradağda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, altımərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılan elektirik löhvəsində 20 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzildən 1-i uşaq olmaqla 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəmi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər