Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

17:18 - 05 / 10 / 2024
Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az Trend-ə istinadən xəbər verir ki, hadisə Yevlax Yevlax Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu saatlı kəndi ərazisində qeydə alınıb.

"KİA" markalı minik avtomobili yolu keçmək istəyən yaşlı kişini vurub. Hadisə zamanı ağır xəsarət alan kişi Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılsada həkimlər onun həyatını xilas edə bilməyiblər. Qəzada həyatını itirən kişinin şəxsiyyəti müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər