Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb

12:22 - 05 / 10 / 2024
Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb

Oktyabrın 3-də axşam saatlarında Biləcəri dəmir yolu stansiyası ərazisindən rabitə kabeli oğurlamağa cəhd göstərən şəxs Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, onun 42 yaşlı İ.Əliyev olması və Keşlə dəmir yolu stansiyası ərazisindən oğurluq etməsi də müəyyən olunub.

Araşdırma aparılır.

Paylaş:
372

Son xəbərlər

Bütün xəbərlər