Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO

17:44 - 12 / 10 / 2024
Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, bəy maşını olan "BMW" markalı minik avtomobili "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər