Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib

13:32 - 15 / 10 / 2024
Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib

Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Lüksemburq Böyük Hersoqluğunun səlahiyyətli orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1987-ci il təvəllüdlü Fransa vətəndaşı Cedric Michelin və Rumıniyanın səlahiyyətli orqanları tərəfindən mütəşəkkil cinayətkar qrup yaradılmaqla miqrantların qanunsuz daşınmasında təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1975-ci il təvəllüdlü Türkiyə vətəndaşı Oğuz Atalayın verilməsinə dair həmin ölkələrin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd olunub ki, sözügedən şəxslər Azərbaycanda müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

"Ekstradisiya haqqında Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən adıçəkilən şəxslər haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rumıniyanın və Lüksemburqun səlahiyyətli orqanlarına təhvil verilib", - məlumatda vurğulanıb.

Paylaş:
111

Son xəbərlər

“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır - FOTOBu gün, 19:35Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Azərbaycan Prezidentinə zəng edibBu gün, 18:07Prezident Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb - YENİLƏNİBBu gün, 17:45Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim olundu - FOTO - VİDEOBu gün, 17:19DYP bayram günlərində göstərilən xidmətlərlə bağlı əhaliyə müraciət edibBu gün, 16:57DSX və ETSN Zəfər Günü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ağacəkmə aksiyası keçiribBu gün, 16:24Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edibBu gün, 16:07Minsk Milli Kitabxanasında Azərbaycanın Zəfər Günü xüsusi işıq proyeksiyası ilə nümayiş etdirilibBu gün, 15:35DTX-də Zəfər Günü ilə bağlı konsert təşkil olunubBu gün, 15:12Türkiyə səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edibBu gün, 14:42Azər Quliyev: COP29-la bağlı inşaat işləri 99 faiz tamamlanıbBu gün, 14:06COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıbBu gün, 13:58Pakistan XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edibBu gün, 13:48Prezident: İnkişafda olan Azərbaycan qürur mənbəyimiz, şanlı Qələbəmiz isə tarixi nailiyyətimizdirBu gün, 13:25Dövlət başçısı: Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqBu gün, 13:03Prezident “Azərsilah”ın baş direktoru və müavinlərinin xüsusi dövlət rabitəsi ilə təmin olunması barədə fərman imzalayıbBu gün, 12:55İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edibBu gün, 12:30Bayraq Günündə hava necə olacaq? - PROQNOZBu gün, 12:28Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilibBu gün, 12:20Azərbaycanla Rusiya arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq sənədi təsdiqlənibBu gün, 12:17
Bütün xəbərlər