DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər

17:20 - 15 / 10 / 2024
DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər

Oktyabrın 20-də peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildirilib ki, namizədlər imtahana buraxılış vərəqəsini buradan çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər