Balakəndə qəza olub, sürücü ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə qəza olub, sürücü ölüb

17:03 - 18 / 10 / 2024
Balakəndə qəza olub, sürücü ölüb

Balakəndə baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 15 radələrində Balakən rayonunun İtitala kəndində 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub. Daha sonra isə avtomobil divara dəyib.

S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər