Evindən narkotik və silah tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Evindən narkotik və silah tapıldı

17:18 - 19 / 10 / 2024
Evindən narkotik və silah tapıldı

İsmayıllıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, əməliyyat zamanı saxlanılan 54 yaşlı İxtiyar Mehdiyevin yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu, 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar olunub.

İ.Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər