Hakan Fidan: Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir | 1news.az | Xəbərlər
Dünya

Hakan Fidan: Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir

Qafar Ağayev13:48 - 21 / 10 / 2024
Hakan Fidan: Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir

Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir.

1news.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu hadisə Türkiyəni arxayınlaşdırmayacaq: “FETÖ gənclərimizi öz sıralarına çəkib. Onları bu yoldan çəkinməyə çağırırıq”.

Qeyd edək ki, Türkiyə mətbuatı FETÖ qruplaşmasının başçısı Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında öldüyünü yazıb.

Paylaş:
962

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər