Ayan Nəcəf: COP29-un keçirildiyi məkanda generatorlar hidratlaşdırılmış bitki yağı ilə işləyəcək
“COP29 tədbirinin keçirildiyi məkanın işıqlandırılması generatorlar tərəfindən həyata keçiriləcək”.
1news.az xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin koordinasiya Şurasının üzvü Ayan Nəcəf Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün "ESG Hesabatlarının Tərifi və Təhlili" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
O, bildirib ki, İşıq generatorlarında 100 faiz karbon neytral olan HVO-dan (hidratlaşdırılmış bitki yağı) istifadə olunacaq.
“Eyni zamanda 160 elektrikli avtobus, 50 faiz hibrid-elektrikli taksi parkı, 140 ədəd elektrikli avtomobil iştirakçılara xidmət edəcək və iştirakçılar üçün ödənişsiz ictimai nəqliyyat xidməti həyata keçiriləcək. Bütün bunlar karbon ayaq izlərinin azaldılmasında önəmli rol oynayacaq”.