Elxan Məmmədov, İrakli Kobaxidze və Kaxa Kaladze Gürcüstanda futbol mərkəzinin açılışında iştirak ediblər - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Elxan Məmmədov, İrakli Kobaxidze və Kaxa Kaladze Gürcüstanda futbol mərkəzinin açılışında iştirak ediblər - FOTO - VİDEO

09:46 - 21 / 10 / 2024
Elxan Məmmədov, İrakli Kobaxidze və Kaxa Kaladze Gürcüstanda futbol mərkəzinin açılışında iştirak ediblər - FOTO - VİDEO

FİFA Üzv Assosiasiyaları ilə İş üzrə Baş Direktor Elxan Məmmədov Gürcüstanda yeni futbol mərkəzinin açılışında iştirak edib.

Samtrediadakı Mərkəzin açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Tbilisi şəhərinin meri Kaxa Kaladze, Federasiyanın prezidenti Levan Kobiaşvili və başqaları iştirak ediblər.

Futbol Mərkəzi Kaxa Kaladzenin adını daşıyacaq. Yerli federasiyanın məlumatında ​​qeyd edilir ki, Mərkəz Gürcüstan Futbol Federasiyasının infrastruktur layihələri çərçivəsində fəaliyyətə başlayır. Layihə FİFA FORWARD proqramı çərçivəsində həyata keçirilib. Mərkəzdə futbol məktəbləri və qızlardan ibarət komandalar pulsuz məşq edə biləcəklər.

Futbol mərkəzində standart ölçülü iki süni meydança, 200 tamaşaçı üçün nəzərdə tutulmuş tribunalar var. İnzibati bina da tikilib.

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər