Azərbaycan Avropa Poçt Müsabiqəsində 3-cü yeri tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Avropa Poçt Müsabiqəsində 3-cü yeri tutub

Qafar Ağayev16:04 - 23 / 10 / 2024
Azərbaycan Avropa Poçt Müsabiqəsində 3-cü yeri tutub

“Avropa 2024” poçt markaları müsabiqəsində ölkəmizi təmsil edən “Azərpoçt” MMC-nin təqdim etdiyi “Mavi balina” markası 3-cü yeri tutub.

1news.az xəbər verir ki, hər il keçirilən Avropa Poçt Müsabiqəsinin builki mövzusu “Sualtı flora və fauna” olub. Məqsəd dünyanın diqqətini nəsli kəsilməkdə olan, eləcə də qlobal iqlim dəyişikliklərindən və ekoloji böhrandan əziyyət çəkən sualtı canlılara çəkmək idi.

Müsabiqədə 3-cü ildir ki iştirak edən “Azərpoçt” nəsli kəsilməkdə olan sualtı canlılardan biri olan mavi balinanı seçərək qlobal ekosistemə həssaslığını nümayiş etdirib. Həmçinin mavi balinanın zərif gözəlliyini rəssamın özünəməxsus baxışı ilə yeni təqdimatda göstərməyi bacarıb.

Azərbaycanın müsabiqəyə təqdim etdiyi markanın üzərindəki təsvir rəssam Orxan Qarayevə məxsusdur.

Marka Belçikada yerləşən, yüksək standartlarla işləyən “bpost” çap mətbəəsində çap olunub.

“Mavi balina” markasının ərsəyə gəlməsinə dair videomaterialı buradan izləmək olar.

Paylaş:
799

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər