Azərbaycanda yanvarın 1-dən indiyədək uşaqlara ən çox qoyulan adlar - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yanvarın 1-dən indiyədək uşaqlara ən çox qoyulan adlar - SİYAHI

16:26 - 23 / 10 / 2024
Azərbaycanda yanvarın 1-dən indiyədək uşaqlara ən çox qoyulan adlar - SİYAHI

Bu ilin ötən dövrü ərzində (yanvarın 1-dən indiyədək) Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, bu il doğulan oğlan uşaqlarına ən çox Uğur, qızlara isə Zəhra adı verilib

Belə ki, bu adlar sözügedən müddətdə müvafiq olaraq 1 488 oğlana və 1 044 qıza qoyulub.

Bundan başqa, 1 160 uşağa Əli, 1004-nə Yusif, 1 146 uşağa Hüseyn, 1 033 uşağa Zeynəb, 1 031 uşağa Məryəm, 951-nə Aylin, 777-nə Fatimə, 731-nə isə Mələk adı qoyulub.

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər