Azərikard: Fövqəladə hallarda tam fasiləsiz xidmət! | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərikard: Fövqəladə hallarda tam fasiləsiz xidmət!

10:13 - 25 / 10 / 2024
Azərikard: Fövqəladə hallarda tam fasiləsiz xidmət!

Azərikard kritik infrastruktur sənayesində yeni bir mühüm uğura imza atmışdır. 22 oktyabr 2024-cü il tarixindən 23 oktyabr 2024-cü il tarixinə keçən gecə şirkət fövqəladə hallar planlarının yoxlanılması məqsədilə texniki sınaqlar keçirmişdir.

Bu sınaqlar xüsusilə ona görə diqqətəlayiqdir ki, Azərikard ölkənin ödəniş sənayesində fövqəladə hallar planlarını sistematik şəkildə yoxlayan nadir şirkətlərdən biridir. Tədbirin əsas məqsədi, Azərikard-a məxsus olan iki müasir data mərkəzinin fövqəladə hallarda fasiləsiz işləmək qabiliyyətini sınaqdan keçirmək idi. Sınaqlar planlı şəkildə gecə saatlarında keçirilmiş və xidmətlərin təchizatında heç bir kəsinti olmadan uğurla tamamlanmışdır.

Bu cür sınaqlar, bank və maliyyə sektorunda risklərin azaldılması və sistemlərin etibarlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərikard peşəkarlığı və məsuliyyətli yanaşması ilə sektorda lider mövqeyini daha da gücləndirməkdədir. Gələcəkdə bu cür sınaqların mütəmadi olaraq keçirilməsi planlaşdırılır ki, bu da tərəfdaşların etimadını daha da möhkəmləndirəcək və xidmət keyfiyyətini yüksəldəcəkdir.

Reklam hüququnda

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər