Biləsuvarda kişi döyülərək öldürüldü, saxlanılan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda kişi döyülərək öldürüldü, saxlanılan var

Qafar Ağayev13:10 - 28 / 10 / 2024
Biləsuvarda kişi döyülərək öldürüldü, saxlanılan var

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Cəbrayıl rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, oktyabrın 27-si saat 20 radələrində Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahverdiyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər