Müşahidə olunan faktiki hava şəraiti açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

13:14 - 28 / 10 / 2024
Müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Oktyabrın 28-i günün birinci yarısında Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağış yağıb.

Yağıntının miqdarı 9 mm qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30 %-ni təşkil edir.

1news.az xəbər verir ki, Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O, qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.

Paylaş:
270

Son xəbərlər

Bütün xəbərlər