“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

Qafar Ağayev17:23 - 28 / 10 / 2024
“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

Oktyabrın 24-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib.

1news.az xəbər verir ki, iclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri, üzvləri və özəl sektor nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, sözügedən işçi qrupun ilkin iclası oktyabrın 8-də keçirilib, lakin müzakirə edilən məsələlərin çox olması səbəbindən iclasın davamının oktyabrın 24-də keçirilməsi qərara alınıb.

İclasda “Texnologiya və innovasiyalar” işçi qrupunun cari il ərzində fəaliyyəti, eyni zamanda 26 sentyabr tarixində dərc edilmiş “2024-cü il üzrə Qlobal İnnovasiya İndeksi”nin (Qİİ-2024) nəticələri ətraflı şəkildə təhlil edilib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış çıxışı edərək ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. Bu istiqamətdə həm işçi qrup daxilində, həm də digər qrup və altqruplarla əməkdaşlığın və kommunikasiyanın davamlılığının vacibliyini vurğulayıb.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, oktyabrın 8-də keçirilən iclasda İndeksin 3-cü, 4-cü və 5-ci alt indikatorları ətraflı təhlil edilib, müvafiq qərarlar qəbul edilib, artıq bir çox qərarların icrasına da başlanılıb.

Həmçinin qeyd olunub ki, bugünkü iclasda isə İndeksin 6-cı və 7-ci alt indikatorları təhlil edilib, onların hesablama metodologiyası araşdırılıb. Bu göstəricilər üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görüləcək.

Eyni zamanda nazir müavini əlavə edib ki, növbəti illərdə İndeksdə yuxarı yerlərdə qərarlaşmağımız üçün indidən zəruri addımlar atılmalı, növbəti ilin Fəaliyyət Planı hazırlanarkən birbaşa alt indikatora müsbət təsir göstərən tədbirlər əsas götürülməlidir.

Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, dövlət qurumlarının nümayəndələri tərəfindən 2024-cü ilin 9 ayı ərzində görülmüş işlərin hesabatları və növbəti rüb qarşıya qoyulmuş hədəflər, həmçinin “Qİİ-2024” hesabatının aidiyyəti alt indikatorları müzakirə edilib.

İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrupu tərəfindən müvafiq təkliflər verilib və qərarlar qəbul edilib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).

Paylaş:
154

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər