Metroda qatarlar niyə yubanıb? - Səbəb açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda qatarlar niyə yubanıb? - Səbəb açıqlandı

Qafar Ağayev09:07 - 28 / 10 / 2024
Metroda qatarlar niyə yubanıb? - Səbəb açıqlandı

Metronun "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə 1news.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.

Vaqon qapılarında problem olmadığından, qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər