BŞİH “Bağırov” körpüsündə subasma təhlükəsi ilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

BŞİH “Bağırov” körpüsündə subasma təhlükəsi ilə bağlı məlumat yaydı

Qafar Ağayev12:24 - 28 / 10 / 2024
BŞİH “Bağırov” körpüsündə subasma təhlükəsi ilə bağlı məlumat yaydı

Bu gün səhər saatlarından etibarən aidiyyəti qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib:

"Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır".

Paylaş:
493

Son xəbərlər

Masallıda evdə yanğın olub

13 / 01 / 2025, 15:16
Bütün xəbərlər