Sərhədçilər yük vaqonunda ölkədən çıxmaq istəyən şəxsi saxladı - FOTO
Dövlət sərhədindən qanunsuz keçmə cəhdinin qarşısı alınıb
DSX-dən 1news.az-a verilən məlumata görə, otyabr ayının 26-da saat 04:35-də Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən şəxs Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Lumanov Tamindar Ənvəroviç olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
133