“Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması" layihəsi uğurla baş çatdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması" layihəsi uğurla baş çatdı - FOTO

20:45 - 30 / 10 / 2024
“Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması" layihəsi uğurla baş çatdı - FOTO

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il Azərbaycanda baş tutacaq və iqlim dəyişmələri, onun həssas qruplar üzərində təsiri və bununla mübarizə yolları tez-tez müzakirə olunmaqdadır.

Bu səbəblə 26-27 oktyabr tarixlərində Gəncə şəhərində qadınlar və gənclərlə iqlim dəyişmələri və onun təsirləri, yaşıl bacarıqlar və dayanqlı vərdişlər kimi mövzuları əhatə edən layihə icra olunub.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” layihəsi çərçivəsində Gender Hub Azerbaijan təşkilatı tərəfindən Millətlər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Qadınların Yaşıl Bacarıqlarının Artırılması: “Commonwealth" təcrübəsi əsasında” layihəsinin növbəti təşəbbüsü olaraq qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması, iqlim dəyişmələrinin onlarda yaratdığı çətinliklər barədə məlumatlandırmaq məqsədi ilə 26-27 oktyabr tarixlərində Gəncə şəhərində 50 nəfər qadın və gəncin iştirakı ilə “Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması" proqramı baş tutdu.

Gəncə, Şəmkir, Goranboy, Yevlax və Göygöl regionlarından olmaqla ümumilikdə 50 nəfər iştirakçı 2 günlük layihə çərçivəsində 3R davranışları (Təkrar emal, Yenidən istifadə, İstehlakda azaltma) və onların önəmi, iqlim dəyişmələrinin qadınlar və gənclər üzərində təsiri, COP29 tədbirinin qadınlar və gənclər üçün əhəmiyyəti, yaşıl bacarıqlar və məişətdə yaşıl vərdişlər mövzularında müzakirələr aparmış və praktiki qrup işlərində iştirak ediblər.

Layihə 26 oktyabr tarixində Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Müşfiq Cəfərov, 29 nömrəli Orta Məktəbin Biologiya Müəllimi Könül Yusifzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin Tədris İşləri üzrə prorektoru Əhməd Məlikov və Gender Hub Azerbaijan təşkilatının sədr və icraçı direktoru Məryəm Məcidovanın açılış nitqləri ilə başlayıb. Daha sonra ekspertlər və təlimçilərin yaşıl bacarıqların inkişafı, dayanıqlı davranışlar və onların əhəmiyyəti, iqlim dəyişmələrinin qadınlar və gənclər üzərində təsiri mövzularında təqdimatları baş tutub. Layihə “yaşıl vörkşop”larla yekunlaşıb.

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Gender Hub Azerbaijan və Millətlər Birliyinin birgə əməkdaşlığı ilə “Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması" həyata keçirilib..

Paylaş:
159

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər