7 il ərzində Azərbaycana buraxılmayan əcnəbilərin sayı açıqlandı
"Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən indiyədək 2296 halda saxta və 178 halda özgəsinə məxsus sənədlərlə keçməyə və 19 halda gizli şəkildə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb”.
1news.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi general- leytenant Elşən Verdiyev media nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.
"Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 58 503 nəfər barəsində müvafiq qərarlar qəbul edilib. Müxtəlif səbəblərdən arzuolunmaz şəxs qismində 2106 əcnəbi ölkə ərazisinə buraxılmayıb”.
212