TƏBİB-in təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə tibbi aksiya keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB-in təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə tibbi aksiya keçirilib - FOTO

Qafar Ağayev17:53 - 01 / 11 / 2024
TƏBİB-in təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə tibbi aksiya keçirilib - FOTO

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulmuş onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dair tədbirlər planına əsasən, TƏBİB, Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, “Paşa Holding” və “PAŞA Sığorta”nın dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə tibbi aksiya baş tutub.

1news.az xəbər verir ki, 30-31 oktyabr tarixlərində baş tutan aksiya çərçivəsində TƏBİB və Milli Onkologiya Mərkəzinin peşəkar həkim briqadaları tərəfindən Füzuli şəhəri və Zəngilan rayonunun Ağalı kəndinin sakinləri üçün müxtəlif sahələr üzrə tibbi xidmətlər göstərilib.

Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayında “Onkoloji xəstəliklərin skrininq” layihəsi çərçivəsində sakinlərə 900-ə yaxın tibbi xidmət göstərilib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən müxtəlif tibbi müəssisələrinin həkimləri tərəfindən vətəndaşlara kardioloji, pediatrik, terapevtik və nevroloji tibbi xidmətlər göstərilib, xəstəlik aşkarlanan şəxslərə müvafiq müalicələr təyin olunub. Digər xəstəliklər və ağırlaşmalar müəyyən olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Milli Onkologiya Mərkəzinin mütəxəssisləri şişönü və şiş xəstəliklərinin erkən diaqnostikası məqsədilə vətəndaşların şikayətləri əsasında Səyyar Diaqnostik Kompleksdə onların USM, rentgen, ginekoloji və mammoqrafiya müayinələrini həyata keçirib. Xəstəlik riski olanlar isə tam yoxlanış və müalicə üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib.

Aksiyanın təşkilində “Regional İnkişaf” İctimai Birliyinin əməkdaş və könüllüləri də yaxından iştirak edib. Onlar vətəndaşların məlumatlandırılması və qeydiyyatını, müayinələr zamanı növbəliliyin təmin olunmasını və digər təşkilati işləri həyata keçirib.
Qeyd edək ki, layihə xəstəliklərin erkən diaqnostikası, vaxtında dəqiq müayinə və müalicəsinin aparılması, eyni zamanda öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi məqsədilə icra edilib.

Paylaş:
223

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki hava07 / 12 / 2024, 10:58
Bütün xəbərlər