General Elşən Verdiyev: DSX-da COP29-la bağlı işlər yekunlaşıb
“COP29 ilə bağlı ölkəmizə gələn xarici qonaqların pasport kontrolundan sürətli keçməsini təmin etmək üçün xüsusi texniki təchizatla və nəzarət avadanlıqları ilə təmin olunub”.
1news.az xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyev deyib.
O bildirib ki, Dövlət Sərhəd Xidmətində COP29-a hazırlıq işləri yekunlaşıb.
"Zəruri tədbirlər görülüb, bütün tapşırıqlar icra olunub. COP29-la bağlı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də öz tapşırqlarını verib".
704