Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Qafar Ağayev17:31 - 04 / 11 / 2024
Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bu barədə 1news.az-a Dövlət Dəniz və Liman Agentliyi Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin məlumat verilib.

Xəbərdarlığa əsasən, noyabrın 4-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq külək noyabrın 6-sı səhər saatlarına kimi davam edəcək .

Belə ki, bu gün axşam müşahidə olunacaq cənub-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, noyabrın 5-i səhər saatlarından noyabrın 6-dək isə şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, açıq dənizdə isə 35-37 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 6.0-8.0 m.çatacağı proqnozlaşdırılır.

Paylaş:
309

Son xəbərlər

Bütün xəbərlər