Hərbi xidmətə çağırış üzrə komissiyanın tərkibində dəyişiklik edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi xidmətə çağırış üzrə komissiyanın tərkibində dəyişiklik edilib

Qafar Ağayev10:30 - 04 / 11 / 2024
Hərbi xidmətə çağırış üzrə komissiyanın tərkibində dəyişiklik edilib

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvləri siyahısında dəyişiklik edilib.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi komissiyanın tərkibindən çıxarılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru isə sözügedən komissiyasının üzvləri sırasına daxil edilib.

Paylaş:
210

Son xəbərlər

Bütün xəbərlər