Bakıda evdən dəyəri 10 min manatdan çox olan avadanlıq oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdən dəyəri 10 min manatdan çox olan avadanlıq oğurlanıb

11:28 - 05 / 11 / 2024
Bakıda evdən dəyəri 10 min manatdan çox olan avadanlıq oğurlanıb

Bakının Yasamal rayonunda evdən dəyəri 10 min manatdan çox olan avadanlıq oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən şəxs evindən 10 min 700 manat dəyərində məişət avadanlıqları oğurlanıb:

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı T.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır".

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər