Dəniz Vağzalında “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi baş tutub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəniz Vağzalında “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi baş tutub - FOTO

Qafar Ağayev09:20 - 06 / 11 / 2024
Dəniz Vağzalında “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi baş tutub - FOTO

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək.

1news.az xəbər verir ki, məhz belə mötəbər tədbir zamanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) və “Azərxalça” ASC-nin noyabr ayının 5-dən etibarən ilin sonuna kimi şəhərimizə qələn xarici qonaqlar və yerli sakinlər üçün həm Xəzər dənizi tarixinin, həm Azərbaycan xalçaçılıq sənətinin incə nümunələrini özündə birləşdirən ortaq layihəsi “Xəzərin qoruyucuları: Mayaklar və xalçalar” sərgisini təqdim edəcək. Sərgi Bakı Limanın mədəniyyət mərkəzi sayılan Dəniz Vağzalında keçirilir.

Kolleksiyaya Bakı Limanının xüsusi sifarişi ilə bu tədbir üçün “Azərxalça” ASC- nin Xaçmaz emalatxanasında toxunmuş Xəzərin sahilindəki 8 mayakı əsk etdirən “Amburan”, “Abşeron”, “Şüvəlan”, “Çilov”, “Nargin (Böyük Zirə)”, “Lənkəran”, “Səngi Muğan”, “Kür dili” kimi xalçalar aiddir. Eyni zamanda “Azərxalça” ASC-ə aid 3 xalça – “Çələbi”, “Çələbi Bərdə” və “Qasımuşağı” xalçaları da iştirakçılara təqdim ediləcək.

Sərgi həm xalçaçılıq sənətinin, həm də Xəzər sahillərində tarix və irs işığı olan mayakların qorunmasının vacibliyini ön plana çıxarır, izləyicilərə mədəniyyət və tariximizin bu iki mühüm aspekti arasında möhkəm əlaqəni hiss etdirməyə çalışır.

Sərgidə xalçalarla yanaşı Azərbaycan dənizçilik tarixini əks etdirən və Bakı Limanına aid eksponatlar da öz yerini alır.

“Xəzərin qoruyucuları: Mayaklar və xalçalar” sərgisinin açılış mərasimində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin sədri Taleh Ziyadov çıxış edərək Azərbaycanın dəniz irsi sayılan mayaklar haqqında qısa məlumat verib və iştirakçıların diqqətinə çatdırıb ki, bu irsin tarixinin qorunub saxlanılması üçün uzunmüddətli araşdırmaları və faktları özündə əks etdirən “Mayaklar” adlı kitab da hazırlanıbdır. 150 səhifədən artıq bu elmi nəşrinin hazırlanması zamanı, yerli və xarici arxivlərdəki sənədlərdən geniş istifadə edilib. Növbəti mərhələdə isə hər bir mayakın tarixi və arxitektur quruluşundan bəhs edən daha geniş məzmunlu kitabın hazırlanması üzərində iş aparıldığını qeyd edən Taleh Ziyadov ölkəmizdə olan hər bir mayakın dənizçiliyin inkişafında mühüm rol oynadığını qeyd edib.

Daha sonra çıxış “Azərxalça” ASC-nin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov isə xalçaçılıq sənətinin tarixi və bu sənətin qorunub saxlanılmasının vacibliyi haqqında məlumat verib. Yaxın zamanda ölkəmizdə baş tutacaq mötəbər tədbir, COP29 ərəfəsində “Azərxalça” ASC- nin həyata keçirdiyi layihələrdən söz açan sədr həm xalçaçılıq, həm də dənizçilik tarixi baxımından bugünkü sərginin nə qədər vacib və mənalı yerə malik olduğunu xüsusi vurğulayıb. Xəzər dənizçiliyinin və zəngin xalçaçılıq ənənələrinin həm yerli, həm də xarici qonaqlara belə fərqli və maraqlı üsullarla təqdim olunmasının hər zaman çox təsirli olduğuna inandığını söyləyən Emin Məmmədov gələcəkdə olacaq ortaq əməkdaşlıqlara da ümidlə baxdığı söylədi.

Sərgi ilin sonuna kimi davam edəcəkdir.

Paylaş:
268

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər