Sabahdan ölkəmizdə altıgünlük bayram tətili başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan ölkəmizdə altıgünlük bayram tətili başlayır

14:19 - 07 / 11 / 2024
Sabahdan ölkəmizdə altıgünlük bayram tətili başlayır

Sabahdan Azərbaycanda altıgünlük bayram tətili başlayır.

1news.az xəbər verir ki, ölkədə 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür.

Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.

Bundan başqa, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə noyabrın 12-si və 13-ü iş günləri ilə müvafiq olaraq noyabrın 16-sı və 23-ü istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.

Paylaş:
152

Son xəbərlər

Bütün xəbərlər