COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin test və etiketlənməsinə başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin test və etiketlənməsinə başlanıb

Qafar Ağayev17:58 - 07 / 11 / 2024
COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin test və etiketlənməsinə başlanıb

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək bir sıra yerli media qurumlarının COP29 Radiospektrin idarəedilməsi elektron portalı üzərindən qeydiyyatdan keçirdikləri radiotezliklərlə çalışan avadanlıqların test olunması və etiketlərin vurulması prosesinə start verilib.

Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) inzibati binasında xüsusi qərargah yaradılıb.

İKTA-dan 1news.az-a verilən məlumata görə, Qərargahda İKTA-nın, Dövlət Radiotezliklər İdarəsinin (DRİ) və COP29 Azərbaycan Əməliyyat Şirkətinin əlaqəli mütəxəssisləri və əməkdaşlarının iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən yerli televiziya və radio şirkətlərinin, media agentliklərinin, eyni zamanda ölkəmizdə akkreditasiyadan keçmiş xarici media qurumlarının radiotezliklərlə çalışan avadanlıqlarının test edilməsi və etiketlənməsi həyata keçirilməyə başlanılıb.

Bu günədək 30-a yaxın media qurumunun 100-dən artıq radioelektron vasitəsinin etiketlənməsi həyata keçirilib.

Prosesin növbəti mərhələsi konfrans məkanı Bakı Stadionunda icra ediləcək. Belə ki, COP29-a qoşulacaq media nümayəndələrinin bu vaxta qədər qeydiyyatı təsdiq edilməyən radioelektron vasitələrinin etiketlənməsi davam etdiriləcək.

Qeyd edək ki, COP29 Radiospektrin idarəedilməsi elektron portalı media nümayəndələri tərəfindən COP29-da istifadə ediləcək radioelektron vasitələrin qeydiyyatdan keçirilərək, təyin edilmiş tezlik nominallarının həmin radioelektron vasitələrinə köklənməsi tələb olunur. Xatırladaq ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən konfrans tələblərinə uyğunlaşdırılmaqla istifadəyə verilən COP29 Radiospektrin idarəedilməsi elektron portalı üzərindən bu günə qədər ümumi olaraq 1000-dən artıq avadanlığın qeydiyyatı üçün 350-yə yaxın müraciət daxil olub.

Paylaş:
181

Son xəbərlər

Bütün xəbərlər