Lənkəranda zəncirvari qəzada 6 maşın əzilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda zəncirvari qəzada 6 maşın əzilib

15:14 - 15 / 11 / 2024
Lənkəranda zəncirvari qəzada 6 maşın əzilib

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Lənkəran şəhərinin "Böyük bazar" adlanan ərazisində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq ətrafda olan digər maşınlara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, 6 minik avtomobilinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
211

Son xəbərlər

Bütün xəbərlər