Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

09:24 - 15 / 11 / 2024
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

Noyabrın 15-i saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin 14-ü günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçala, Lənkəranda 1 mm-dək olub.

Yevlax, Zərdab, Şəmkir, Şamaxı, Qax, Qobustan, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 3, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Paylaş:
161

Son xəbərlər

Bütün xəbərlər