COP29 çərçivəsində Bakıda Parlament Görüşü keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 çərçivəsində Bakıda Parlament Görüşü keçirilir - FOTO

Qafar Ağayev10:50 - Bu gün
COP29 çərçivəsində Bakıda Parlament Görüşü keçirilir - FOTO

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.

1news.az xəbər verir ki, ikigünlük tədbirdə 66 ölkə və beynəlxalq təşkilatdan 92 nümayəndə heyəti, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda "İqlim dəyişmələrinin real təsirləri", "İqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu", "İqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı", "İqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi", "İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə", "Dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri", "İnsan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi" və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Foto: Nadir İbrahimli

Paylaş:
57

Son xəbərlər

Türkiyədə zəlzələ olubBu gün, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulundaBu gün, 13:20Tərtərdə polis əməkdaşı vəfat edibBu gün, 12:51Qar yağacaq - Sabahın hava proqnozuBu gün, 12:35Tənzilə Narbayeva: COP29 iqlim dəyişikliyi ilə mübarizədə böyük önəmə sahibdirBu gün, 12:13Saymon Stil: İqlim dəyişikliklərinin mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı planlar kağız üzərində qalmamalıdırBu gün, 12:05COP29 Prezidenti: İqlim dəyişikliyi problemlərinin aradan qaldırılmasında parlamentlər mühüm rola sahib ola bilərlərBu gün, 11:55Qəzadan yaralı çıxan sürücünü başqa avtomobil vurduBu gün, 11:32PAİ prezidenti: İqlim dəyişikliyi ilə mübarizə təkcə qanunvericiliklə deyil, eyni zamanda siyasi iradə ilə olmalıdırBu gün, 11:12AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edibBu gün, 10:55COP29 çərçivəsində Bakıda Parlament Görüşü keçirilir - FOTOBu gün, 10:50Bakının Hövsan qəsəbəsinin su təchizatı sabah bərpa ediləcəkBu gün, 10:40AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:222024 “SOCAR Green” və “Holcim Azerbaijan” Anlaşma Memorandumu imzalayıb - FOTOBu gün, 10:09Əmtəə bazarlarında qızıl daha da ucuzlaşıbBu gün, 09:49Azərbaycan nefti ucuzlaşmaqda davam edirBu gün, 09:37Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlibBu gün, 09:23Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədirBu gün, 09:05Bakı Limanı və “Tiza Green Energy” şirkəti Azərbaycanda günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib - FOTO15 / 11 / 2024, 19:43“Karbon qiymətqoyma: mövcud çağırışlar və yeni strategiyalar” mövzusunda panel müzakirəsi keçirilib15 / 11 / 2024, 18:45
Bütün xəbərlər