Qəzadan yaralı çıxan sürücünü başqa avtomobil vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəzadan yaralı çıxan sürücünü başqa avtomobil vurdu

11:32 - 16 / 11 / 2024
Qəzadan yaralı çıxan sürücünü başqa avtomobil vurdu

Abşeron rayonunda bir neçə minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Xəsarət alan sürücülərdən biri - Elxan Əliyev əzilmiş avtomobilindən yerə düşüb yolu keçmək istəyərkən, başqa avtomobil onun üstündən keçib.

O, hadisə yerində ölüb.

Paylaş:
178

Son xəbərlər

Bütün xəbərlər