Füzulidə qadın keçmiş əri tərəfindən qətlə yetirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə qadın keçmiş əri tərəfindən qətlə yetirilib - FOTO

10:24 - 18 / 11 / 2024
Füzulidə qadın keçmiş əri tərəfindən qətlə yetirilib - FOTO

Füzuli rayonunda qadın qətlə yetirilib.

1news.az “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Füzuli Rayon Diaqnostika Mərkəzinin həyətində baş verib. Rayonun Böyük Bəhmənli kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Bağırov xəstəxananın həyətinə daxil olaraq balta ilə keçmiş arvadı 1983-cü il təvəllüdlü Dilbər Namazovaya zərbələr endirib. Ağır xəsarətlər alan qadın tibbi yardıma baxmayaraq, vəfat edib.

Bildirilir ki, D.Namazova xəstəxanada laborant vəzifəsində çalışırmış. Cütlük 2016-cı ildə rəsmi boşanıb və D.Namazova övladları ilə birgə anasının evində yaşayırmış.

Ali təhsilli olan E.Bağırov isə daha əvvəl ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rayon şöbəsində çalışıb. O, Vətən müharibəsində iştirak edib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Paylaş:
223

Son xəbərlər

Bütün xəbərlər