Riyad Qasımov: Bakının Baş planı ilə bağlı ictimai müzakirələr aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Riyad Qasımov: Bakının Baş planı ilə bağlı ictimai müzakirələr aparılır

Qafar Ağayev12:13 - Bu gün
Riyad Qasımov: Bakının Baş planı ilə bağlı ictimai müzakirələr aparılır

“Bakının Baş Planının yenilənməsi və ictimaiyyətin məlumatlandırılması istiqamətində işlər davam edir”.

1news.az xəbər verir ki, bunu COP29-da İnkluziv və yaşıl şəhər inkişafı üçün şəhər və ərazi planlaşdırması tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov deyib.

O, bildirib ki, Bakı şəhərinin əvvəlki baş planının sovet dövründə, səksəninci illərdə qəbul olunması səbəbindən, bir çox insan hazırkı yeniliklərin mahiyyəti barədə kifayət qədər məlumatlı deyil.

"Bu məqsədlə hökumət və müxtəlif dövlət qurumları, siyasi partiyalar, eləcə də özəl sektorun nümayəndələri və ictimai ekspertlər prosesə cəlb edilib".
O, bildirib ki, Prosesin əsas məqsədi, ictimaiyyətin və ekspertlərin təklif və ideyalarına əsaslanaraq Baş Planın aktual məsələlərini və ehtiyaclarını nəzərə almaqdır.

“Bu istiqamətdə ildə bir neçə dəfə keçirilən tədbirlər, konfranslar və ictimai dinləmələr vasitəsilə toplanan məlumatlar əsasında növbəti mərhələlərdə baş plana düzəlişlər ediləcək. Hökumət nümayəndələri bildirirlər ki, toplanan təkliflər əsasında yeni dövrə uyğunlaşan baş planın hazırlanması əsas prioritetdir. Toplanan məlumatlar əsasında yaxın bir-iki il ərzində geniş ictimai dinləmələr təşkil ediləcək. Bu dinləmələrdə toplanan məlumatların analiz edilməsi və baş plana düzəlişlərin edilməsi gözlənilir. Nəticədə, Baş Planın təkmilləşdirilmiş variantı ictimaiyyətə təqdim olunacaq”.
Foto: Nadir İbrahimli

Paylaş:
36

Son xəbərlər

Sabahdan yeni ekspres marşrutu fəaliyyətə başlayacaqBu gün, 14:28Astarada itkin düşən 74 yaşlı kişinin meyiti çayda tapılıbBu gün, 14:03Dövlət Başçısı Palau Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 13:51İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb - YENİLƏNİBBu gün, 13:39Sabahın hava proqnozu: Yağış yağacaqBu gün, 13:30İdarə rəisi: Şəhərin inkişafı üçün yeni təşəbbüslər və investorlar üçün stimullar planlaşdırılırBu gün, 13:09Gələn il Azərbaycanda ictimai nəqliyyatla bağlı islahatlara büdcədən 150 milyon manat ayrılacaqBu gün, 12:32Riyad Qasımov: Bakının Baş planı ilə bağlı ictimai müzakirələr aparılırBu gün, 12:13COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı Bank Respublika Niderland İnkişaş Bankından yaşıl kredit cəlb etdiBu gün, 12:07Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər məsuliyyətə cəlb olunubBu gün, 11:50Ötən həftə azad olunan ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 11:35Prezident Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşübBu gün, 11:25Yağışlı havaya təsadüf edən COP29-un 8-ci günü - İştirakçılar ilk gündəki həvəslə gəlir - FOTOREPORTAJBu gün, 11:12Dövlət başçısı Oman Sultanına təbrik məktubu ünvanlayıbBu gün, 11:0719 yaşlı tələbə qəfil vəfat etdiBu gün, 10:54Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə qəbul olunubBu gün, 10:47Füzulidə qadın keçmiş əri tərəfindən qətlə yetirilib - FOTOBu gün, 10:24AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:05Astarada piyada ölümü ilə nəticələnən yol qəzası olubBu gün, 09:48Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:35
Bütün xəbərlər