Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə qəbul olunub | 1news.az | Xəbərlər
Siyasət

Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə qəbul olunub

Qafar Ağayev10:47 - Bu gün
Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə qəbul olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası çərçivəsində Azərbaycan milli pavilyonunda “İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin azalması” mövzusunda Xəzəryanı ölkələrin rəsmilərinin toplantısı keçirilib.

1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə təşkil olunan toplantıda Xəzəryanı ölkələrin rəsmiləri, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişmələri nəticəsində son illərdə Xəzər dənizinin səviyyəsində baş verən azalmalara diqqət çəkib, bu unikal ekosistemin qorunması üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir müavini səviyyə dəyişikliklərinin hərtərəfli öyrənilməsi və uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzəryanı ölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Tədbir çərçivəsində UNEP-in icraçı direktoru İnger Andersen tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə UNEP-in birgə əməkdaşlığı əsasında hazırlanan “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” adlı hesabat təqdim olunub.

Dünya Bankı və Yaşıl İqlim Fondunun nümayəndələri də mövzu ilə bağlı təqdimatlarlarla müzakirələrdə iştirak ediblər.

Tədbirin sonunda, “Xəzəryanı dövlətlərin nazirlərinin və yüksək vəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” qəbul edilib.

Paylaş:
35

Son xəbərlər

Dövlət Başçısı Palau Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 13:51İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb - YENİLƏNİBBu gün, 13:39Sabahın hava proqnozu: Yağış yağacaqBu gün, 13:30İdarə rəisi: Şəhərin inkişafı üçün yeni təşəbbüslər və investorlar üçün stimullar planlaşdırılırBu gün, 13:09Gələn il Azərbaycanda ictimai nəqliyyatla bağlı islahatlara büdcədən 150 milyon manat ayrılacaqBu gün, 12:32Riyad Qasımov: Bakının Baş planı ilə bağlı ictimai müzakirələr aparılırBu gün, 12:13COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı Bank Respublika Niderland İnkişaş Bankından yaşıl kredit cəlb etdiBu gün, 12:07Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər məsuliyyətə cəlb olunubBu gün, 11:50Ötən həftə azad olunan ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 11:35Prezident Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşübBu gün, 11:25Yağışlı havaya təsadüf edən COP29-un 8-ci günü - İştirakçılar ilk gündəki həvəslə gəlir - FOTOREPORTAJBu gün, 11:12Dövlət başçısı Oman Sultanına təbrik məktubu ünvanlayıbBu gün, 11:0719 yaşlı tələbə qəfil vəfat etdiBu gün, 10:54Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə qəbul olunubBu gün, 10:47Füzulidə qadın keçmiş əri tərəfindən qətlə yetirilib - FOTOBu gün, 10:24AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:05Astarada piyada ölümü ilə nəticələnən yol qəzası olubBu gün, 09:48Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:35Bakıda və Abşeron yarımadasında yağış yağır - FAKTİKİ HAVABu gün, 09:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər