Prezident Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb - YENİLƏNİB

13:25 - Bu gün
Prezident Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland ilə görüşüb.

1news.az xəbər verir ki, Patrisia Canet Skotland COP29-un yüksək səviyyədə təşkilinə, ilk dəfə olaraq COP çərçivəsində kiçik ada dövlətləri ilə əlaqədar Zirvə toplantısının keçirilməsinə və Azərbaycanın COP Sədrliyinin prioritetləri sırasında bu dövlətlərin iqlim problemlərinin əsas istiqamətlərdən biri kimi müəyyən edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Qonaq Azərbaycanla Millətlər Birliyi təşkilatı arasında qurulmuş əməkdaşlığa, ölkəmizin bu təşkilata üzv kiçik ada dövlətləri ilə bağlı maliyyə dəstəyi fonduna görə də təşəkkürünü çatdırdı.

Millətlər Birliyi təşkilatının Baş katibi, həmçinin Azərbaycanın kosmik imkanlarını səfərbər edərək Millətlər Birliyinin üzvü olan kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemlərinin təhlil edilməsini və məlumat bazası sisteminin yaradılmasını təqdir etdiklərini dedi. O, ümumilikdə Azərbaycanın sədrliyi dövründə kiçik ada dövlətləri ilə əlaqədar çoxsaylı tədbirlərin keçirildiyini və dünyanın kosmik agentliklərinin səylərinin də səfərbər edildiyini vurğuladı.

Patrisia Canet Skotland bundan sonra da Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP-a sədrliyi dövründə kiçik ada dövlətlərinin iqlim problemləri ilə bağlı onlarla əməkdaşlığı əsas istiqamətlərdən biri kimi müəyyən edib, ölkəmiz tərəfindən bununla əlaqədar Zirvə toplantısı keçirilib. Azərbaycanın Millətlər Birliyi təşkilatı ilə əməkdaşlığını davam etdirəcəyini deyən Prezident İlham Əliyev kiçik ada dövlətlərinin iqlim problemlərinin daim diqqət mərkəzində saxlanılacağını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində formalaşdırılmış həmrəyliyin məhz COP sədrliyi dövründə də davam etdiriləcəyini dedi.

Söhbət zamanı Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.

11:25

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb.

1news.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirildi, bu görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olundu.

Ölkələr arasında ticarət dövriyyəsinin artması, milli valyutalarda ödənişlərin həyata keçirilməsi əlaqələrimizin möhkəmlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirildi.

Paylaş:
53

Son xəbərlər

Prezident Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb - YENİLƏNİBBu gün, 13:25İdarə rəisi: Şəhərin inkişafı üçün yeni təşəbbüslər və investorlar üçün stimullar planlaşdırılırBu gün, 13:09Gələn il Azərbaycanda ictimai nəqliyyatla bağlı islahatlara büdcədən 150 milyon manat ayrılacaqBu gün, 12:32İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşübBu gün, 12:30Riyad Qasımov: Bakının Baş planı ilə bağlı ictimai müzakirələr aparılırBu gün, 12:13COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı Bank Respublika Niderland İnkişaş Bankından yaşıl kredit cəlb etdiBu gün, 12:07Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər məsuliyyətə cəlb olunubBu gün, 11:50Ötən həftə azad olunan ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 11:35İlham Əliyev Palau Prezidenti ilə görüşübBu gün, 11:27Yağışlı havaya təsadüf edən COP29-un 8-ci günü - İştirakçılar ilk gündəki həvəslə gəlir - FOTOREPORTAJBu gün, 11:12Dövlət başçısı Oman Sultanına təbrik məktubu ünvanlayıbBu gün, 11:0719 yaşlı tələbə qəfil vəfat etdiBu gün, 10:54Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə qəbul olunubBu gün, 10:47Füzulidə qadın keçmiş əri tərəfindən qətlə yetirilib - FOTOBu gün, 10:24AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:05Astarada piyada ölümü ilə nəticələnən yol qəzası olubBu gün, 09:48Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:35Bakıda və Abşeron yarımadasında yağış yağır - FAKTİKİ HAVABu gün, 09:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıbBu gün, 08:57
Bütün xəbərlər