Nazir: “Ölkədə ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Ölkədə ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir”

Qafar Ağayev10:23 - 19 / 11 / 2024
Nazir: “Ölkədə ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir”

“Ölkədə ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir və bu sahədə dayanıqlı transformasiya və keçid məsələləri böyük əhəmiyyət daşıyır”.

1news.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək” adlı tədbirin açılışında deyib.

Nazir vurğulayıb ki, əsas məqsəd kənd təsərrüfatının transformasiyasını yüksək səviyyədə dayanıqlı formada həyata keçirmək və bu prosesdə əməkdaşlığı artırmaqdır: “Bu təşəbbüslə birlikdə əməkdaşlıq genişlənəcək, kənd təsərrüfatına investisiya axını artacaq və özəl banklar da bu sahəyə cəlb olunacaq. Hədəflərimizdən biri də fermerlərin, xüsusilə qadın fermerlərin gücləndirilməsidir”.

M.Babayevin sözlərinə görə, kənd təsərrüfatı sahəsində fermerlər tərəfindən xeyli miqdarda emissiya və tullantı yaranır.

“Hər birimiz ərzaq təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyırıq. Qadın fermerlərin iqlim dayanıqlılığının gücləndirilməsində xüsusi rolu var. Fermer qruplarını bu təşəbbüsə qoşulmağa çağırıram,” - deyə o bildirib.

Paylaş:
97

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər