Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb Bank Respublika yaşıl kredit götürən sahibkarlara keşbek verəcək! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb Bank Respublika yaşıl kredit götürən sahibkarlara keşbek verəcək! - FOTO

12:03 - 19 / 11 / 2024
Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb Bank Respublika yaşıl kredit götürən sahibkarlara keşbek verəcək! - FOTO

Bakı, 20 noyabr 2024-cü il. Azərbaycanın ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün kredit sazişi imzalayıblar.

Kredit, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Kiçik və Orta Biznesin (KOB) Şərqi Tərəfdaşlıq ölkələrində rəqabət qabiliyyətinin və inkluzivliyinin artırılması proqramı çərçivəsində təqdim olunub.

Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Bank Respublika üçün 3 illik müddətə 7,5 milyon ABŞ dolları məbləğində sintetik kredit ayıracaq. Kredit vəsaitləri ekoloji təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrin dəstəklənməsi üçün istifadə ediləcək.

Qeyd edək ki, saziş çərçivəsində, Bank tərəfindən ayrılan kredit vəsaitlərini enerji səmərəliliyinin artırılmasına sərf edən və yaşıl texnologiyalardan istifadə edən sahibkarlara 10%-15% həcmində keşbek təqdim edəcək.

“Mikro, kiçik və orta sahibkarlıq iş yerləri yaratmaq və iqtisadi artımı təmin etmək potensialına malikdir və buna görə də bu kredit mühüm bir nailiyyətdir. Avropa İttifaqı biznesin dəstəklənməsinə böyük diqqət yetirir – bu, Azərbaycan üçün nəzərdə tutulmuş Avropa İttifaqının İqtisadi və İnvestisiya Planının əsas hissəsidirdeyə Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Michalko qeyd edib.

“Bakıda COP29-da olmaqdan və Avropa İttifaqı və etibarlı tərəfdaşımız Bank Respublika ilə birlikdə kiçik və orta sahibkarlığı dəstəkləməkdən məmnunam. Birlikdə Azərbaycan üçün dayanıqlı və inklüziv iqtisadiyyatın əsaslarını gücləndiririk” deyə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Maliyyə Təşkilatları üzrə İdarəedici Direktoru Francis Malige qeyd edib.

"Bank Respublika son iki ildə EBRD tərəfindən Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən yaxşı tərəfdaş seçilmişdir və biz bu sazişi bağlamaqla yaşıl texnologiyalar sahəsində də əməkdaşlıq etməyə başlamaqdan olduqca məmnunuq. Bu sazişin ölkəmizdə uğurla keçirilən qlobal tədbir olan COP29 çərçivəsində bağlanması isə, bizim üçün xüsusilə xoşdur. Cəlb edilən əvvəlki vəsaitlər kimi, bu kreditlər də Azərbaycanda sahibkarlığın dəstəklənməsinə, onların ekoloji təmiz texnologiyalar istifadə etməklə bizneslərini inkişaf etdirilməsinə yönəldiləcək. Biz aparıcı dünya maliyyə təşkilatı və eyni zamanda yaşıl iqtisadiyyatın maliyyələşdiirlməsi sahəsində qlobal liderlərdən biri olan EBRD ilə olan tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk və göstərdiyi dəstəyə görə təşəkkür edirik." – deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
162

Son xəbərlər

Kəlbəcərdə ilk yerli külək elektrik stansiyasına investisiya haqqında memorandum imzalanıb - FOTOBu gün, 15:22DİM magistarturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına çağırış edibBu gün, 15:16Fransa səfiri Azərbaycan XİN-ə çağırılıbBu gün, 14:49Rəşad Nəbiyev: Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması planlaşdırılırBu gün, 14:26Azərbaycanın energetika naziri latviyalı həmkarı ilə yaşıl enerjinin inkişafını müzakirə edibBu gün, 14:18Nigar Arpadarai: COP29 çərçivəsində turizmlə bağlı müzakirə böyük əhəmiyyətə malikdirBu gün, 13:46Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildiBu gün, 13:45Biləsuvar sakini dəm qazından boğularaq ölübBu gün, 13:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşıbBu gün, 13:15Komitə sədrindən MAP təşəbbüsü ilə bağlı çağırışBu gün, 12:21Sabahın hava proqnozuBu gün, 12:07Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilibBu gün, 11:43BƏƏ-dən olan nazir: “COP 29-un qarşıya qoyulan hədəfləri dəstəkləmək üçün geniş əməkdaşlıq imkanı var”Bu gün, 11:26Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”Bu gün, 11:02Braziliyalı nazir: Bakıda ətraf mühitin qorunması ilə bağlı önəmli toplantı keçirilirBu gün, 10:53Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 10:49Azərbaycan Haaqa Məhkəməsinə Ermənistanla bağlı müraciət edibBu gün, 10:29Anar Quliyev: “COP29 çərçivəsində Şəhərsalma Günü Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”Bu gün, 10:27Fuad Nağıyev: Turizmin COP29 gündəliyinə daxil edilməsi sektor üçün dönüş nöqtəsidirBu gün, 10:14Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşübBu gün, 10:02
Bütün xəbərlər