Rəşad Nəbiyev: Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması planlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşad Nəbiyev: Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması planlaşdırılır

Qafar Ağayev14:26 - Bu gün
Rəşad Nəbiyev: Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması planlaşdırılır

“Azərbaycanın Milli Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində "yaşıl nəqliyyat" siyasətlərinin planlaşdırılması və tətbiqi üçün praktik yollar müəyyən edilib”

xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində keçirilən nazirlərin mətbuat konfransında deyib.

“Emissiyaların azaldılması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafına ciddi ehtiyac var. Bu istiqamətdə önəmli işlər görülür və qətiyyətli addımlar atılır”.

R.Nəbiyev Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə öhdəliklərindən bəhs edərək bildirib ki, ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı hədəfləyib. Onun sözlərinə görə, bu məqsədlə Bakı şəhəri üçün Mobillik Transformasiya Proqramı hazırlanıb:

"Bu proqram çərçivəsində hər bir aktiv mobil vətəndaş üçün iqlim və yol hərəkəti ilə bağlı emissiyaların 2030-cu ilə qədər 0,6 metrik ton CO2 səviyyəsinə qədər azaldılması planlaşdırılır. Ən müasir texnologiyaları və insan mərkəzli yanaşmanı birləşdirərək Azərbaycan daha "yaşıl" və daha bağlı gələcəyə doğru irəliləyir”.

Nazir proqram çərçivəsində görülən konkret tədbirlər haqqında da məlumat verib: "Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması nəzərdə tutulur və artıq bunun 30 kilometrdən çoxu istifadəyə verilib. İctimai nəqliyyatın əhatə dairəsinin əhalinin 90 %-nə çatdırılması əsas prioritetlərdəndir".

O bildirib ki, elektrik avtobus parkının genişləndirilməsi istiqamətində də önəmli işlər görülür: "Son dövrdə avtobus parkına 160 elektrik avtobusu əlavə edilib və 2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir".

Foto: Nadir İbrahimli

Paylaş:
62

Son xəbərlər

Əli Əsədov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ilə görüşübBu gün, 17:33Yeni təyin olunmuş hakimlər and içiblərBu gün, 17:31Rauf Vəliyev: ASCO 2012-ci illə müqayisədə emissiyaların 20% azaldılmasına nail olubBu gün, 17:09“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır”Bu gün, 17:02Türkiyəli nazir COP29-da Zəngəzur dəhlizi və Orta dəhlizdən danışdıBu gün, 16:36Şəkidə maşın aşıb, xəsarət alan varBu gün, 16:35Sahibə Qafarova Rusiyaya işgüzar səfər edibBu gün, 16:34AYNA: COP29-un 9 günü ərzində 378 minə yaxın sərnişin daşınıbBu gün, 16:33Türkiyəli nazir: COP29 kimi genişmiqyaslı bir tədbirə ev sahibliyi etmək böyük cəsarət tələb edirBu gün, 16:08Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edibBu gün, 16:03Bu gün Xalq artisti Qədir Rüstəmovun doğum günüdürBu gün, 15:49“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verirBu gün, 15:31Kəlbəcərdə ilk yerli külək elektrik stansiyasına investisiya haqqında memorandum imzalanıb - FOTOBu gün, 15:22DİM magistarturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına çağırış edibBu gün, 15:16Fransa səfiri Azərbaycan XİN-ə çağırılıbBu gün, 14:49Rəşad Nəbiyev: Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması planlaşdırılırBu gün, 14:26Azərbaycanın energetika naziri latviyalı həmkarı ilə yaşıl enerjinin inkişafını müzakirə edibBu gün, 14:18Nigar Arpadarai: COP29 çərçivəsində turizmlə bağlı müzakirə böyük əhəmiyyətə malikdirBu gün, 13:46Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildiBu gün, 13:45Biləsuvar sakini dəm qazından boğularaq ölübBu gün, 13:22
Bütün xəbərlər