Şamaxı rayonunda zəlzələ qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxı rayonunda zəlzələ qeydə alınıb

08:52 - 20 / 11 / 2024
Şamaxı rayonunda zəlzələ qeydə alınıb

Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan 1news.az-a verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-ə bərabər olub.

Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər