Bakıda 16 yaşlı qız itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 16 yaşlı qız itkin düşüb

10:39 - 22 / 11 / 2024
Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda yeniyetmə qız itkin düşüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Məhəmməd Hadi küçəsində yaşayan İ.Zərbiyev Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə müraciət edərək onunla eyni ünvanda yaşayan 2008-ci il təvəllüdlü dayısı qızı J.Abuşovanın itkin düşdüyünü bildirib. Şikayətçi qeyd edib ki, qohumu noyabrın 20-si səhər saatlarında evi tərk edib və geri qayıtmayıb.

Müraciətlə bağlı araşdırma aparılır.

Paylaş:
266

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər