Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”

Qafar Ağayev10:31 - Bu gün
Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”

“Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistanın işğalçı ordusu tərəfindən zəbt olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 min nəfər kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili xatırladıb ki, erməni vandalları işğal etdikləri bütün digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də talançılıq ediblər. “İşğal nəticəsində rayonun bütün infrastrukturu talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Cenevrə Konvensiyasının prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanmışdır. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələbi ifadə olunan 822 saylı Qətnamə qəbul etsə də, rəsmi İrəvan həmin Qətnaməni icra etmədi və beynəlxalq təşkilatlar da onun icrasını uzun illər ərzində tələb etmədilər. Bu səbəbdən 2020-ci il 27 sentyabr tarixində, düşmənin növbəti hərbi təxribatından sonra Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoydu və beynəlxalq hüququ bərpa etdi.2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub”.

K.Qafarov qeyd edib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra bu rayonda aparılan bərpa-quruculuq işləri bütün digər ərazilərimizdə olduğu kimi Prezidentimiz İlham Əliyevin şəxsi nəzarətindədir: “Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən sonra, azad olunmuş bütün digər ərazilərimizdə olduğu kimi, Kəlbəcər rayonunda da möhtəşəm bərpa-quruculuq işlərinə start verildi. İşğaldan sonra ilk dəfə 2021-ci il avqust 16-da Kəlbəcərə səfər edən Ali Baş Komandan bu şəhərdə də Azərbaycan bayrağını şəxsən özü qaldırdı. Həmin tarixi gündən sonra keçən müddət ərzində cənab Prezident İlham Əliyev Kəlbəcərə çoxsaylı səfərlər etmişdir ki, bu səfərlərin də hər biri önəmli hadisələrlə əlamətdar olmuşdur. Son dörd ildə gedən proseslər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda tamamilə yenidən qurularaq dirçəldilməsinə və erməni işğalı səbəbilə bu torpaqlardan didərgin düşmüş insanların öz dədə-baba yurdlarına geri dönmələrinə çox böyük önəm verir və bu istiqamətdə gedən bütün işlərə birbaşa Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ciddi nəzarət olunur”.

Paylaş:
55

Son xəbərlər

“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47
Bütün xəbərlər