Quba rayonunda qanunsuz tikili sökülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba rayonunda qanunsuz tikili sökülüb

Qafar Ağayev10:29 - 27 / 11 / 2024
Quba rayonunda qanunsuz tikili sökülüb

Quba rayonunda qanunsuz tikili sökülüb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, Quba Rayon İcra Hakimiyyəti rayon mərkəzində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktını aşkarlayaraq bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müraciət əsasında Əmlak Məsələləri Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə qanunsuz inşa olunan tikilini sökdürüb.

Paylaş:
504

Son xəbərlər

Bütün xəbərlər