Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib

Qafar Ağayev15:16 - 28 / 11 / 2024
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib

Bakı və respublikanın ayrı-ayrı rayonlarında kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədəsi ilə onların pul vəsaitlərini hədə-qorxu ilə ələ keçirən bir neçə sayt rəhbəri polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

1news.az-ın xəbərinə görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) daxil olan çoxsaylı şikayətlər əsasında "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov, "Qaynar-xett.az" saytının baş direktoru Zaur Əhmədov, "Postbaku.net" xəbər saytının baş direktoru Eldəniz Mejdunov, "Aja.az" saytının baş direktoru Elvin Qurbanov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin barələrində işgüzar nüfuzlarına təsir göstərən videoreportaj hazırlayıb mediada yaymaqla hədələyib müxtəlif məbləğlərdə pul vəsaitləri tələb ediblər.

Faktla bağlı BMCMİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq madddələri ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunan S.Məmmədova 32, Z.Əhmədova 24. E.Mejdunova 7, əvvəllər məhkum olunan E.Qurbanova 10 fakt üzrə ittiham elan edilməklə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanan cinayət işi aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Paylaş:
129

Son xəbərlər

Bazar günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 13:15Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşırBu gün, 13:06Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 12:38Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə ilin yekununa dair toplantı keçirilibBu gün, 12:22Şəmkirdə evdə partlayışda ana və qızı xəsarət alıbBu gün, 11:57NİİM: Bakıda bəzi yollarda sıxlıq müşahidə edilirBu gün, 11:39Binədə qanunsuz tikililər sökülübBu gün, 11:36Ötən gün xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 11:17Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi endirilibBu gün, 10:57Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilibBu gün, 10:36Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilibBu gün, 10:1214 dekabr dekolonizasiya günü ilə bağlı Bakı Təşəbbüs Qrupu İllik Hesabat təqdim edəcək13 / 12 / 2024, 18:22Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI13 / 12 / 2024, 18:06Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib - FOTO13 / 12 / 2024, 17:54Yevlaxda toyda baş verən qətlə görə 20 yaşlı oğlana 18 il həbs cəzası verilib13 / 12 / 2024, 17:43Sumqayıtda fəhlə iş zamanı ölüb13 / 12 / 2024, 17:29Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib13 / 12 / 2024, 17:16Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib13 / 12 / 2024, 17:05Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib13 / 12 / 2024, 16:56Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib13 / 12 / 2024, 16:35
Bütün xəbərlər