Ağadadaş Ağayevin məhkəməsi keçirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağadadaş Ağayevin məhkəməsi keçirildi

15:44 - Bu gün
Ağadadaş Ağayevin məhkəməsi keçirildi

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən Ağadadaş Ağayev vəkillərin prosesə gecikməsinə görə məhkəməyə etiraz edib.
Daha sonra prokuror ittiham aktını elan edib.

Xalq artisti özünü təqsirli bilməyib, ittiham aktını məntiqsiz adlandırıb və ifadə verməyə hazır olmadığını bildirib.

Onun vəkili Asim Abbasov müvəkkilinin ifadə verməyə hazır olmadığını deyib. O, öncə zərərçəkən və şahidlərin, daha sonra Ağadadaş Ağayevin ifadə verməyini təklif edib və məhkəmədən vaxt istəyib.

Dövlət ittihamçısı və müdafiə tərəfi buna etiraz edib.

Məhkəmə yerində müşavirə edərək təklifi qəbul etməyib.

Məhkəmə prosesi dekabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkən kimi “Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.

A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.

Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.

Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”ı Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Paylaş:
45

Son xəbərlər

Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15
Bütün xəbərlər