Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ

16:40 - 28 / 11 / 2024
Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Sabahdan Azərbaycanın ayrı-ayrı yerlərində hava şəraitinin leysan xarakterli olacağı, dağlıq rayonlarında qar yağacağı ehtimalı var.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, noyabrın 29-u günün birinci yarısında Quba-Qusar zonasında, 30-da isə Lənkəran-Astara zonasının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş:
265

Son xəbərlər

Bütün xəbərlər