Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb

14:28 - 29 / 11 / 2024
Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb

Sumqayıtda kafedə ölüm faktı baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazində yerləşən kafelərdən birində qeydə alınıb.

1984-ci il təvəllüdlü Anar İlham oğlu Mustafayevin qəfil halı pisləşib. Təcili tibbi yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb.

A.Mustafayevin ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

Fakt araşdırılır.

Paylaş:
194

Son xəbərlər

Bütün xəbərlər